Bahalaşmadan sonra `bilet maxinasiyası`...
Məlum olduğu kimi iyul ayınin 1-dən etibarən yanacaq, şəhərlərarası və şəhərdaxili avtobus marşrutlarında, metroda gediş haqqı və bir sıra dərman peraparatlarının qiymətləri Tarif Şurasının qərarına əsasən bahalaşıb. Bahalaşmanın yanacaq və nəqliyyata aid olan hissəsində bir məntiqi səbəb - nəticə əlaqəsi var. Məsələn, şəhərlərarası və şəhərdaxili daşımalar üzrə gediş haqqı ona görə 25% bahalaşıb ki, bu xidmətin maya dəyərində xüsusu çəkisi yüksək olan Aİ-92 benzin 10%, dizel yanacağı isə 25% bahalaşıb. Yəni sərnişindaşımada qiymət artımı yanacağın qiymətinin artması ilə bağlıdır. Xidmət haqqının artan hissəsi məntiqlə yanacağa xərclənməlidir. Amma Bakı Beynəlxalq Avtovağzalı (BBA) bu məntiqin əksinə addım atır. Bakı-Cəlilabad marşrutu üzrə sərnişin daşıyan avtobus sürücülərindən biri redaksiyamıza yazır ki, sərnişin biletlərinin qiyməti 1,2 manat bahalaşaraq, 6,3 manatdan 7,5 manata çatdırılıb. 20 nəfər sərnişin tutan avtobus bletlərində bu fərq 24 manat təşkil edir(1,2x20=24): "Həmin 24 manatın 9 manatı sürücülərə verilir, 15 manatı isə BBA kassasında qalır. Başqa sözlə hər bir biletin artan 1,2 manatının 0,45 manatı sürücüyə, 0,75 manatı isə Avtovağzala çatır. Biz başa düşə bilmirik, bilet qiymətlərinin artan hissəsi yanacağın bahalaşmasından dolayı xidmətin maya dəyərinin artmasına görə reallaşdırılıbsa, onda artan hissənin çoxu nə üçün avtobuslara yanacaq tökmək, onları idarə etmək öhdəliyi olan sürücüyə yox, biletləri satan BBA-ya çatır? Məgər Avtovağzal da yanacaqla işləyir? Lap deyək ki, bahalaşmadan dolayı onların da real gəlirləri azalıb, kompensasiya etmək lazımdır, amma hər halda onlar yanacağa pul xərcləyirlər. Bizim isə avtobuslara vurduğumuz dizel yanacağının qiyməti düz 25% bahalaşıb. Bizim xərclərinizin 80% faizini yanacaq təşkil etdiyini nəzərə alsaq, deməli xidmətin maya dəyəri ən azı 20% artıb. Bu isə 1,26 manat təşkil edir. Tarif Şurasi isə qiymətləri cəmi 1,20 manat bahalaşdırıb ki, onun da 0.75 manatını BBA tutub əlimizdən alır".
Göründüyü kimi, adı avtobus sürücüsü iyulun 1-dən başlayan "Avtovağzal maxinasiyası"nı neçə gözəl təhlil edir. Əlbəttə, biletlərin bahalaşan hissəsi yanacaq xərci olaraq sürücülərə çatmalıdır. Çünki Avtovağzal avtobusları yanacaqla təmin etmək öhdəliyinə malik deyil. Şəkli bizə göndərilən sənədlərdə, daha doğrusu qayimədə bir maraqlı nüansla rastlaşdıq. 20 nəfərin hər birindən 7,5 manat olmaqla sərnişinlərdən 150 manat yolpulu yığılsa da, qayimədə məbləğ 12 manat kəm, yəni 138 manat göstərilib. 12 manatın taleyi sərnişin avtobusunun müşayətedici sənədlərindən aydın olmur. Bu 12 manat Avtovağzalın xidmət haqqı olsa da belə, sənədlərdə xidmət haqqı kimi tutulduğu öz əksini tapmalıdır.
Məsələ ilə bağlı BBA-nın rəy və təkliflər üçün nəzərdə tutulan "qaynar xətt"inə zəng vurduq və məsələni olduğu kimi izah etdik. Özünü təqdim etməyən xanım bizim bütün məlumatlarımızı qeyd etdikdən sonra dedi ki, bu ola bilməz, bu barədə hansı sürücü məlumat veribsə, onun ad-soyadını və avtomobilinin dövlət nömrə nişanını bizə verin, araşdıraq. Biz isə bildirdik ki, bizdə rəsmi sənədlərə əsaslanan ərizə var, bu faktdır. Sizə zəng etmişik ki, bu fakta cavabdeh şəxslərdəm mövqe, münasibət alaq. Xanım bildirdi ki, məsələ araşdırılacaq və bu barədə sizə məlumat veriləcək.
Biz bir neçə saat sonra həmin xanımla əlaqə saxladıq və qurumun mövqeyini almağa çalışdıq. Xanım bildirdi ki, siz mütləq şikayətçinin ad-soyadını və maşınının nömrəsini bizə deməlisiniz, yoxsa biz bunu ananım şikayət kimi nəzərə alacağıq. Lakin biz öz qanuni hüququmuzdan istifadə edərək, şikayətçinin adını təqdim etmədik, xanım isə telefonu bu yerdə üzümüzə qapatdı.
Daha sonra biz Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Oruclu ilə əlaqə saxladıq. O, bildirdi ki, BBA-dan sizinlə əlaqə saxlayacaqlar. Bizimlə BBA-nın içtimaiyətlə əlaqələr şöbəsinin rəhbəri Rövşən müəllim əlaqə saxlayaraq şikayəti dinlədi və araşdırma üçün vaxt istədi.

Lim10.a

Bölmənin digər xəbərləri

18 May 2025 Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov İTTİHAM OLUNUR - ÖZBAŞINALIQDA
18 May 2025 ADSEA 8 milyonu hara xərclədi? - Prezidentin açılışını etdiyi yolu görün nə hala saldılar
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Bakını “Qəzza zolağına çevirən” kimlərdir(?)!: “Şamaxılı Cavid”ə “DUR” deyin…
18 May 2025 Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir
18 May 2025 Adı olan, fəaliyyəti olmayan qurum - Deputat ianələri mənimsəyir?
18 May 2025 Vətən Müharibəsində iştirak etsə də, xanım müğənnimizdən fərqli olaraq veteran statusu ala bilmir - BAKI SAKİNİ MÜDAFİƏ NAZİRLİYİNİ İTTİHAM EDİR
18 May 2025 Nərimanov rayonunda yaşıl şam ağaclarını niyə kəsirlər?- FOTOLAR/VİDEO
17 May 2025 AQTA-nın Şirvan Regional Bölməsinə qarşı tükürpədici iddialar... - BU NƏDİ BELƏ?..
17 May 2025 İlqar Abbasov bir köşəyə çəkilib... AĞAC YEYİR... - BU DA FAKT! VİDEO
17 May 2025 Cəbrayılov ÇALDI... ÇAPDI... MAHALI... - İTTİHAM VAR... VİDEO
17 May 2025 Deputat İmamverdi İsmayılov spikerin 'gözünə girir', yoxsa fitrəti 'zaydır'? - BU NƏDİ BELƏ?
17 May 2025 Peşə Təhsilində səssiz, imtahansız təyinat? - Direktor postuna "sürpriz" adam
17 May 2025 Dövlət səviyyəsində ÖZBAŞINALIQ... - Bunun başqa ADI YOXDUR...
17 May 2025 Şirvanda ağacları kəsib obyektə yol açılıb?-Video
17 May 2025 İpoteka və Kredit Zəmanət Fondu: DÖVLƏT QAYĞISINDAN PUL ƏMƏNLƏR... - İLGİNC FAKTLAR...
16 May 2025  'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - BU DA FAKT...
16 May 2025 “İCRA BAŞÇISI MƏNİ TƏHDİD EDİR” - Beyləqan sakini: “Arzu Bəndəliyev prokurorluqda dedi ki, bu pulu tək mən götürməmişəm, Əziz Əzizovun xəbəri var”
16 May 2025 "KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." - Şəmkir sakini "Bakı Beynəlxalq Avtovağzalı"nın rəhbərliyindən şikayətçidir

Dünyapress TV

Xəbər lenti